"Qalatasaray" Qarabağda oyun keçirəcək

19:36 - 31 İyul 2023

Türkiyənin "Qalatasaray" klubu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə sponsorluq müqaviləsi imzalayıb.

Sportal.az xəbər verir ki, tədbirdə çıxış edən İstanbul təmsilçisinin prezidenti Dursun Özbek önəmli açıqlamalar verib. O, yaxın zamanda Qarabağda yoldaşlıq oyunu keçirmək istədiklərini bildirib:

"Türkiyənin ən böyük markası olan "Qalatasaray"la SOCAR-ın əməkdaşlığı hər iki tərəfə böyük fayda verəcək. Uzunmüddətli iş birliyimizin ilk addımıdır. Bu proses qardaş klubumuz "Qarabağ"la Bakıda oynadığımız yoldaşlıq oyunu ilə başladı. Türkiyədə baş vermiş zəlzələ fəlakətinin yaralarını sarımaq üçün öz dəstəklərini göstərdilər. Sağ olsunlar, var olsunlar.

Bu önəmli iş birliyinin 2023-cü ildə, yəni Heydər Əliyevin 100 illik yubileyini qeyd olunduğu ildə baş tutmasının çox dəyərli olduğunu düşünürəm. Klubumuzun bununla bağlı yaxın müddətdə Qarabağda bir matç və ya türk dövlətləri klublarının iştirakı ilə turnir keçirəcəyinin müjdəsini vermək istəyirəm. Anlaşmamız "Qalatasaray"a, SOCAR-a və türk idmanına xeyirli olsun. Ümid edirəm ki, Avropadakı uğurlarımız bundan sonra da davam edəcək. Hamınıza təşəkkür edirəm".

Xəbər xətti