"Beşiktaş" qapıçısı ilə müqavilə imzaladı

16:48 - 1 Avqust 2023

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçı Mert Günokla "nikah təzələyib". Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı qolkiper 2025-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.

Qeyd edək ki, "Beşiktaş" Mert Günoku 2021-ci ilin avqust ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü "ağ-qaralar"ın heyətində 30 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti