Kolumbiya millisinin forvardı Duvan Zapata "Atalanta"nı tərk etməyə hazırlaşır. 

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, hücumçu "Roma"ya keçidə yaxındır. Berqamo təmsilçisi Zapatanı satmağa hazırdır. 

Kolumbiyalının "Atalanta" ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Zapata 2022/23 mövsümündə İtaliya klubunun heyətində 27 oyuna çıxıb, iki qol vurub və 5 qolun məhsuldar ötürməsini edib.

32 yaşlı hücumçu "Estudiantes", "Napoli", "Udineze", "Sampdoriya"da da oynayıb.