Çempionlar Liqasındakı çıxışını yekunlaşdıran "Qarabağ" avrokubok macərasında Avropa Liqasında davam edəcək.

Sportal.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK-lə (Finlandiya) qarşılaşacaq Ağdam klubunun ilk oyunun başlama saatı və məkanı dəqiqləşib. 

"Qarabağ" - HİK matçı avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş 20:00-da start götürəcək. 

Cavab qarşılaşması isə avqustun 17-də olacaq.