Avropa Liqasının üçüncü təsnifat mərhələsində Finlandiyanın HİK komandası ilə qarşılaşacaq "Qarabağ" bu mərhələdə mübarizəni dayandırsa, Konfrans Liqasında yoluna davam etdirəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində aşağıdakı komandalardan biri ilə üz-üzə gələ bilər:

"Valmieyra” (Latviya) – “Partizani” (Albaniya)

“Farul” (Rumıniya) – “Flora” (Estoniya)

“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq)

"Qarabağ" - HİK görüşü avqustun 10-da Bakıda baş tutacaq. Cavab qarşılaşması bir həftə sonra Finlandiyada keçiriləcək.