"Zirə"nin yeni transferi Tyaqo Silva sosial şəbəkədə paylaşım edib.

Sportal.az xəbər verir ki, portuqaliyalı qapıçısı Premyer Liqanın birinci turunda "Qarabağ" üzərində qazanılmış 1:0 hesablı qələbəni nəzərdə tutaraq bunları yazıb:

"Çempionata ən yaxşı şəkildə başladıq. Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Hər zaman birlikdə".

23 yaşlı qolkiper “Vitoriya Gimarayeş”, “Leykşoeş”, “Trofense”də oynadıqdan sonra bu yay “Zirə”yə keçib.