Azərbaycan Basketbol Liqasında yeni mövsümə oktyabrda start veriləcək.
Sportal.az xəbər verir ki, artıq liqada komanda sayı bəlli olub. 2023/2024 mövsümündə liqada 10 komanda mübarizə aparacaq.
Onlardan doqquzunun adı artıq bəllidir. Bu komandalar “Sabah” (Bakı), “Gəncə”, NTD (Bakı), “Xırdalan” (Bakı), “Sərhədçi” (Bakı), “Neftçi” (Bakı), “Zirvə” (Cəlilabad), “Olimpik”dir (Şəki).
Çempionatın debütantı "Sumqayıt" olacaq. Bu həftə isə çempionatdakı 10-cu iştirakçısının dəqiqləşəcək.
saytlarin hazirlanmasi