Cüneyt Çakır Gürcüstanda işləyəcək

19:48 - 9 Avqust 2023

Ötən il hakimlik karyerasını başa vuran Cüneyt Çakırın yeni iş yeri bəlli olub.

Sportal.az xəbər verir ki, sabiq FIFA referisi Gürcüstanda çalışacaq.

Türk hakim Gürcüstan Futbol Federasiyası Mərkəzi Hakimlər Komitəsinin sədri təyin olunub. Bu barədə GFF-nin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 47 yaşlı Cüneyt Çakır 2006-cı ildən 2022-ci ilə kimi FIFA referisi olub. O, 2014 və 2018-ci ildə keçirilən dünya çempionatlarında oyunlar idarə edib.

Xəbər xətti