"Real"dan ayrılan belçikalı "Botafoqo"ya keçə bilər

18:18 - 12 Avqust 2023

"Real"dan ayrıldıqdan sonra klubsuz qalan Eden Hazard özünə yeni komanda axtarır.

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, belçikalıya MLS, Braziliya və Səudiyyə Ərəbistanı klublarından maraq var.

Artıq ona hansı klublardan təklif gəldiyi yavaş-yavaş dəqiqləşir. 

"Vankuver" və "Botafoqo" yarımmüdafiəçinin meneceri ilə danışıqlara başlayıb. Futbolçu yaxın günlərdə karyerasına hansı ölkədə davam edəcəyinə qərar verməlidir.

Hazard əvvəllər “Lill”, “Çelsi” və “Real” klublarında çıxış edib. 

Xəbər xətti