Paytaxt klubu 35 milyonluq transferə hazırlaşır

12:59 - 12 Avqust 2023

"Sauthempton"un yarımmüdafiəçisi Ceyms Uord-Prouz "Vest Hem"ə keçməyə hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçu üçün 35 milyon avro ödəyəcək.

Artıq "Vest Hem" futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

"Sauthempton"un yetirməsi olan Ceyms bu komandada 410 matça çıxıb, 55 qol vurub, 54 məhsuldar ötürmə edib.

Xəbər xətti