İtaliya millisinin üzvü Leonardo Bonuççi "Fiorentina"ya keçmək istəyir.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Yuventus"dan ayrılan müdafiəçisi karyerasına İtaliya A seriyasında davam etməyi planlaşdırır.

Bonuççi Florensiya klubunun rəhbərliyi ilə yaxın olmasından istifadə edərək "Fiorentina"ya keçəcəyinə inanır.

Amma bununla belə, "bənövşəyilər" bu mövqedə gənc futbolçunun oynamasına üstünlük verəcək.