Serbiya çempionatında üçüncü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Konfrans Liqasının üçüncü təsnifat mərhələsində "Sabah"ın rəqibi olan "Partizan" da növbəti görüşünə çıxıb.

Belqrad klubu "Radniçki Niş"i 2:1 hesabı ilə məğlub edib. Üç turdan sonra "Partizan" 7 xalla üçüncü pillədədir. 

"Partizan" - "Radniçki Niş" 2:1
Qollar
: Natxo 79 (p), Severina 87 - Petrov 12