İtaliya çempionu ilk turu buraxacaq

20:18 - 18 Avqust 2023

"Napoli"nin üzvü Xviça Kvaratsxeliya İtaliya A seriyasının birinci turunda meydana çıxa bilməyəcək.

Sportal.az xəbər verir ki, Neapol klubu gürcünün xidmətində "Frozinone" ilə görüşdə istifadə edə bilməyəcək.

Buna səbəb yarımmüdafiəçinin zədəli olmasıdır. Kvaratsxeliya "Jirona"ya qarşı keçirilmiş yoldaşlıq görüşündə zədələnib. "Frozinone" - "Napoli" matçı sabah keçiriləcək və Bakı vaxtı ilə 20:30-da başlayacaq.

Xəbər xətti