“Qarabağ”ın Avropa Liqasının təsnifat mərhələsinin pley-off mərhələsindəki rəqibi “Olimpiya” yeni transferini həyata keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisi Dioqo Pintu ilə anlaşıb.

25 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. 

“Qarabağ” və “Olimpiya” klubları arasında ilk oyun avqustun 24-də Lyublyanada, cavab görüşü isə avqustun 31-də Bakıda keçiriləcək.