"Qarabağ"a keçəcəyi an məsələsi olan Mateus Silvanın Bolqarıstanda qalmayacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, "Lokomotiv"(Plovdiv) azarkeşləri futbolçunun instaqram səhifəsinə "hər şey üçün təşəkkürlər" mesajını yazırlar.
Futbolçu da gələn bütün mesajları öz hekayə bölümündə paylaşıb.
Plovdiv təmsilçisi ilə ötən yay müqavilə imzalamış Mateusun hələ bir illik sözləşməsi qüvvədə idi. Amma "Qarabağ"dan təklifi olduğu üçün Bolqarıstan klubunun sıralarını tərk edib.
Xatırladaq ki, Mateus karyerası ərzində "Paysandu", "Bahia", "Moreyrense", "Farense" klublarında oynayıb.
Mirbağırağa