"Buriram Yunayted"in baş məşqçisi Artur Papas ölkə çempionatının 2-ci turunda Ramil Şeydayevin debüt qolunu vurduğu “Lamphun Varrior” üzərində qələbəni (3:0) şərh edib.
Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Azərbaycan millisinin forvardı haqda bunları deyib:
"Nikolao Kardozo və Ramil Şeydayev cəmi iki ay əvvəl Tailanda gəliblər. Onlar hələ bura uyğunlaşa bilməyiblər. Adaptasiya üçün vaxt lazımdır. Ümumiyyətlə, bu matçda təkcə onlar deyil, bütün komanda yaxşı oynadı".
saytlarin hazirlanmasi