"Sabah"dan qalmaqallı şəkildə ayrılaraq Səudiyyə Ərəbistanınan yollanan Coy-Lens Mikels yeni komandası ilə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçu "Əl-Faysalı"daki məqsədlərindən, gözləntilərindən yazıb. Mikels paylaşımında sabiq komandası olan "Sabah"a yer verməyib, Masazır klubu ilə bağlı heç nə yazmayıb:
"Yeni evim. Bu heyrətamiz kluba qoşulmaqdan və bir neçə gündən sonra debüt edəcəyim üçün çox xoşbəxtəm. Hiss edirəm ki, bu mövsüm birlikdə böyük nailiyyətlər əldə edə bilərik. Mənə və ailəmə güvənən "Əl-Faysali" klubunun idarə heyətinə və mənə kömək edən insanlara, sövdələşməni mümkün edən insanlara, agentliyə xüsusi təşəkkürlər".
Xatırladaq ki, 2021-ci ildən Masazır klubunda forma geyinmiş almaniyalı forvard 1-ci Liqa təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkib.
Mirbağırağa
saytlarin hazirlanmasi