"Mançester Siti"nin müdafiəçisi Emerik Lyaport karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Əl-Nəsr" ispaniyalını transfer etmək üçün Mançester təmsilçisi ilə danışıq aparıb.
Tərəflər arasında razılığın əldə edildiyi bildirilir.
Ərəblər 29 yaşlı futbolçuya illik 25 milyon avro maaş ödəyəcək.
29 yaşlı futbolçu “Baskoniya”, “Atletik”(Bilbao) klublarında oynadıqdan sonra 2018-ci ildə “Mançester Siti”yə keçib.
saytlarin hazirlanmasi