"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin "Olimpiya"ya qarşı keçirəcəyi ilk görüşünün planları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi avqustun 23-də saat 11:00-da çarter reysi ilə birbaşa Lyublyanaya uçacaq.
Həmin gün Qurban Qurbanovun yetirmələri oyunöncəsi məşqinə çıxacaq.
"Olimpiya" - "Qarabağ" oyunu avqustun 24-də "Stojitse" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Oyundan dərhal sonra Azərbaycan çempionu vətənə qayıdacaq.
saytlarin hazirlanmasi