"Ximki"nin yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycanda oynayacaq.
Sportal.az "Спорт-Экспресс" portalına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu "Sabah"da çıxış edəcək.
Rusiyalı həmkarlarımızın yazdığına inansaq, hətta tərəflər arasında razılıq da əldə edilib.
Ayaz sonuncu dəfə iyulun 17-də Rusiya birinci liqasının "Ximki" - "Tümen" görüşündə meydanda olub. Onun yaxın vaxtlarda Bakıya gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.
saytlarin hazirlanmasi