Azərbaycan çempionunun baş məşqçisi: "İlk oyunlar hər zaman ağır olur"

17:51 - 23 Avqust 2023

Bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirən “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, Türkiyə çempionu “İstanbul Şişli”ni 9:1 hesabı ilə yenən təmsilçimizin baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:

"Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başa düşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik".

Xəbər xətti