Səudiyyə Ərəbistanı klublarının növbəti mövsümdən etibarən Çempionlar Liqasına iştirak edəcəyi iddia olunur.
Sportal.az xəbər verir ki, UEFA-nın prezidenti Aleksander Çeferin mövzu ilə bağlı açıqlama verib. Funksioner bunun həqiqətə uyğun olmadığını bildirib:
"Səudiyyə Ərəbistanı klublarının avrokuboklara qatılacağına dair bir media qurumu bizim fikrimizi öyrənmədən xəbər hazırlayıb. Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasına yalnız Avropa klubları qatıla bilər. Səudiyyə Ərəbistanı klubları avrokuboklarda iştirak etməyəcək".
saytlarin hazirlanmasi