"Qalatasaray" 3 xalı 3 qolla qazandı - VİDEO

11:51 - 3 Sentyabr 2023

Türkiyə Super Liqasında 4-cü turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, son çempion "Qalatasaray" səfərdə "Qaziantep"in qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 7-yə yüksəldən "Qalatasaray" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bütün matçlarda məğlub olan "Qaziantep" isə sonuncu yerdədir.

"Qaziantep" - "Qalatasaray" 0:3

Qollar: Kerem Aktürkoğlu, 5, Mauro İkardi, 64, 73 (pen)

Xəbər xətti