Coşqun Diniyevin baş məşqçisi istefaya göndərildi

18:11 - 7 Sentyabr 2023

Türkiyə I Liqasında mübarizə aparan "Ümraniyespor"da baş məşqçi ayrılığı gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Musata Erlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Mustafa Er aprel atından "Ümraniyespor"u çalışdırırdı. Komanda cari mövsümdə çempionatda keçirdiyi 4 oyundan sonra 2 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Ümraniyespor"da Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev çıxış edir.

Xəbər xətti