Türkiyə - Ermənistan matçında Azərbaycan bayrağı qadağası

18:30 - 7 Sentyabr 2023

Türkiyə milli komandası Avro-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Ermənistan seçməsini qəbul edəcək.

Sportal.az xəbər verir ki, qarşılaşmada Azərbaycan bayrağının stadiona buraxılmayacağı gözlənilir. Bu barədə yerli media məlumat yayıb.

Azərbaycan bayrağının rənglərini özündə əks etdirən afişalar və posterlərin də tribunalarda göstərilməsinə icazə verilməyəcək.

Qeyd edək ki, Türkiyə - Ermənistan matçı sabah Bakı vaxtilə saat 22:45-də Eskişehirdə baş tutacaq.

Xəbər xətti