Millimizin üzvü üçün yeni baş məşqçi

21:34 - 7 Sentyabr 2023

Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Türkiyə I Liqa təmsilçisini Mustafa Gürsel çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İstanbul təmsilçisi bu gün Mustafa Eri istefaya göndərmişdi.

Qeyd edək ki, çempionatda 4 turdan sonra 2 xal toplayan "Ümraniyespor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti