İstanbul təmsilçisinin yeni baş məşqçisi açıqlandı

14:43 - 9 Sentyabr 2023

Türkiyənin "Başakşehir" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Çağdaş Atanla razılıq əldə edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

43 yaşlı mütəxəssislə 11 sentyabr tarixində rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, son iş yeri "Kayserispor" olan Çağdaş Atan "Başakşehir"in baş məşqçisi postunda Emre Belözoğlunu əvəz edib.

Xəbər xətti