"Qalatasaray"ın futbolçuları Türkiyə millisindən kənarlaşdırıldı

16:55 - 9 Sentyabr 2023

İki futbolçu Türkiyə milli komandasının heyətindən kənarlaşdırılıb.

Sportal.az xəbər verir ki, "Qalatasaray"ın oyunçuları Kerem Aktürkoğlu və Abdulkerim Bardakçı "ay-ulduzlular"ın düşərgəsini tərk edib. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kerem Aktürkoğlu dünən Avro-2024-ün seçmə mərhələsinin Ermənistanla matçında zədələnib. Bardakçı isə ailə vəziyyəti ilə bağlı millidən ayrılıb.

Qeyd edək ki, Türkiyə yığması sentyabrın 12-də Belçikada Yaponiya seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

Xəbər xətti