Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Çağdaş Atanla yollarını ayıran Super Liqa təmsilçisini Recep Uçar çalışdıracaq. Bu barədə "sarı-qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
47 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Recep Uçar son olaraq "Ümraniyespor"un baş məşqçisi olub.
saytlarin hazirlanmasi