"Beşiktaş" portuqaliyalının müqaviləsini uzatdı

16:58 - 12 Sentyabr 2023

Türkiyənin "Beşiktaş" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Gedson Fernandesin sözləşməsinin müddətini 1 il uzadıb. Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilin yayına kimi "qara qartallar"a məxsus olacaq.

Super Liqa klubu 24 yaşlı oyunçunun maaşını da 400 min avro artırıb. Futbolçu bundan sonra 1,7 milyon avro maaş alacaq.

Qeyd edək ki, "Beşiktaş" Gedson Fernandesi ötən ilin yayında "Benfika"dan transfer edib. O, komandanın heyətində meydana çıxdığı 45 rəsmi matçda 4 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti