"Beşiktaş"ın lideri derbidə oynamayacaq

20:53 - 14 Sentyabr 2023

"Beşiktaş" Türkiyə Super Liqasının 5-ci turunda səfərdə "Trabzonspor"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi derbiyə ciddi tiki ilə çıxacaq. "Qara qartallar"ın liderlərindən olan Vensan Abubabak vacib görüşdə komandasına kömək edə bilməyəcək.

Milli komandaların oyunları ilə əlaqədar olaraq ölkəsinə gedən kamerunlu forvard İstanbula qayıtmayıb. 31 yaşlı hücumçu ailə problemlərinə görə Türkiyəyə qayıda bilmir. O, klubdan icazə alıb.

Qeyd edək ki, Vensan Abubakar cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti