Türkiyə millisi üçün italiyalı baş məşqçi

13:56 - 17 Sentyabr 2023

Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Ştefan Kuntsla yollarını ayıracaq. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Alman mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcək.

"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumdur. Federasiya Vinçenso Montella ilə razılıq əldə edib.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır. Montella isə son olaraq "Adana Demirspor"un baş məşqçisi olub. İtaliyalı çalışdırıcı 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.

Xəbər xətti