UEFA Çempionlar Liqası qrup mərhələsinin ilk turunun "Qalatasaray" - "Kopenhagen" matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Georgi Kabakov olacaq. Ona həmyerliləri olan yan xətt hakimləri Martin Marqaritov ile Diyan Valkov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Georgi Ginçev yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" matçı 20 sentyabr tarixində Bakı vaxtilə 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi