Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbtul təmsilçisinin yarımmüdafiəçisi Cengiz Ünder sıradan çıxıb. 26 yaşlı vinger Super Liqanın 5-ci turunun "Antalyaspor"la matçında (3:2) zədələnib.
Türkiyə millisinin üzvü üç həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi mövsümün əvvəlində "Marsel"dən transfer edib. Təcrübəli ön xətt oyunçusu "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi