"Barselona" Çempionlar Liqası qrup mərhələsinin ilk turunda "Antverpen"i 5:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, bu qarşılaşma Kataloniya təmsilçisinin hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
Komandanın ikinci qolunu vuran polşalı forvard "Barselona"nın heyətində Çempionlar Liqasında fərqlənən ən yaxşı oyunçu olub. O, 35 yaş 29 günlüyündə buna nail olub.
Qeyd edək ki, bundan əvvəl ÇL-də qol vuran ən yaşlı "Barselona" futbolçusu Jerar Pike (34 yaş 260 gün) idi. İspan müdafiəçi Kiyev "Dinamo"su ilə görüşdə fərqlənmişdi.
saytlarin hazirlanmasi