Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

19:56 - 21 Sentyabr 2023

Türkiyə milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, "ay-ulduzlular"ı Vinçenso Montella çalışdıracaq. Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

İtaliyalı mütəxəssis Türkiyə yığmasının baş məşqçisi postunda dünən istefaya göndərilən Ştefan Kuntsu əvəz edib.

Qeyd edək ki, Vinçenso Montellanın son iş yeri "Adana Demirspor" olub. O, 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.

Xəbər xətti