Çempionlar Liqasında 2023/2024 mövsümünün qrup mərhələsinin ilk turunun ən yaxşı qolu bəlli olub.
Sportal.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Tetenin "Kopenhagen"in qapısından keçirdiyi top həftənin qolu seçilib. Qalib turnirin saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşib.
Qeyd edək ki, "Qalatasaray" - "Kopenhagen" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi