Braziliyanın "Atletiko Paranaense" klubunda çıxış edən Arturo Vidal qatıldığı bir televiziya proqramında Çempionlar Liqası qrup mərhələsinin "Milan" - "Nyukasl" matçını dəyərləndirib.
Sportal.az xəbər verir ki, çilili yarımmüdafiəçi qarşılaşmanı turnir tarixinin ən pis oyunu adlandırıb. 36 yaşlı futbolçu hər iki komandanın oyunçularını sərt tənqid edib:
"Çempionlar Liqası tarixinin ən pis oyunu "Milan" - "Nyukasl" matçı idi. "Milan"lı axmaqlar məni xəstə etdilər. Şanslıdırlar, çünki sadəcə qaçmağı bacarırlar. Yoxsa orada olmazdılar. "Nyukasl"ı da başa düşmürəm. Premyer Liqanı 4-cü pillədə başa vurublar. Amma bunun heç bir önəmi yoxdur. Çox iyrənc oynadılar. Həyatlarını riskə atmaq məcburiyyətindədirlər. İlk matçlarıdır, daha çoxunu etməlidirlər. Məni çox pia əsəbiləşdirdilər".
Qeyd edək ki, "Milan" - "Nyukasl" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.
saytlarin hazirlanmasi