Mauro İkardi rekorda imza atdı

13:57 - 24 Sentyabr 2023

"Qalatasaray" Türkiyə Super Liqasının 6-cı turunda səfərdə "Başakşehir"i 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, qarşılaşmada "sarı-qırmızılar"ın ikinci qolunu vuran Mauro İkardi Super Liqada rekorda imza atıb.

Argentinalı hücumçu Türkiyə çempionatında ardıcıl 12 oyunda qol vuran ilk futbolçu olub. 30 yaşlı forvard bu müddət ərzində 19 dəfə fərqlənməyi bacarıb.

Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. İstanbul təmsilçisi bu il təcrübəli oyunçunun transfer hüquqlarına yiələnib.

Xəbər xətti