Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Kazımcan Karataş sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu Super Liqanın 6-cı turunun "Başakşehir"lə matçında (2:1) zədələnib. Diz bağlarından xəsarət alan gənc sol cinah müdafiəçisi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Qalatasaray" Kazımcan Karataşı ötən ilin yayında "Altay"dan transfer edib. Türk futbolçu cari mövsümdə komandanın heyətində 2 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi