Avstriya milli komandasının hücumçusu Marko Arnautoviç AVRO-2024-ün F qrupunda oktyabrda Bakıda Azərbaycana qarşı keçiriləcək oyunu buraxmaq riski ilə üzləşib.
Sportal.az xəbər verir ki, “İnter”in hücumçusu İtaliya A Seriyasının dünən keçirilmiş "Empoli" ilə oyunda (1:0) zədələnib.
Arnautoviçin bir neçə ay meydanlardan uzaq qalacağı gözlənilir.
Azərbaycan - Avstriya oyunu oktyabrın 16-da Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.
34 yaşlı forvard 2018-ci ildən Avstriya millisinin formasını geyinir və bu illər ərzində 110 matça 36 qol vurub.