“Leyptsiq” Xavi Simonsu komandada saxlamaq istəyir.
Sportal.az “RMC Sport”a istinadən xəbər verir ki, bunu Almaniya klubunun idman direktoru Maks Eberl bildirib.
O, icarə müddəti başa çatdıqdan sonra da yarımmüdafiəçini “Leyptsiq”də saxlamaq niyyətində olduqlarını söyləyib: “Təbii ki, onun müqavilə müddətini ən yaxşı şərtlərlə uzatmaq istəyirik. Xavi çox yaxşı başlayıb və indi də mövsümə bu cür davam edir. Düşünürəm ki, hazırda biz onu emosional olaraq “Leyptsiq”ə bağlamışıq”.
20 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2027-ci il iyunun 30-da başa çatır. O, bir mövsümlük "Leyptsiq"ə icarəyə verilib.
saytlarin hazirlanmasi