İstanbul klubu baş məşqçini istefaya göndərdi

17:58 - 26 Sentyabr 2023

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

Sportal.az xəbər verir ki, "İstanbulspor" Fatih Tekke ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

46 yaşlı yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Fatih Tekke 2022-ci ilin oktyabr ayından "İstanbulspor"un baş məşqçisi postunda çalışırdı.

Xəbər xətti