"Beşiktaş" "Adana Demirspor"un qarşısına 5 itki ilə çıxacaq

18:39 - 26 Sentyabr 2023

"Beşiktaş" Türkiyə Super Liqasının 3-cü turunun "Adana Demirspor"la təxirə salınmış matçına çıxacaq.

Sportal.az xəbər verir ki, "qara qartallar"ın heyətində ciddi itkilər var. Gedson Fernandes və Ante Rebiç zədəlidir.

Tayfur Bingöl, Erik Bayi və Gökhan İnler isə oyunun ilk tarixindən sonra transfer edildiyi üçün meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, "Adana Demirspor" - "Beşiktaş" qarşılaşması sabah Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Xəbər xətti