"Azərbaycan millisinin nəticə üçün oynayan komanda olduğunu demişdim"

15:34 - 27 Sentyabr 2023

Monteneqronun qadınlardan ibarət futbol üzrə milli komandasının baş məşqçisi Mirko Mariç Millətlər Liqasının C3 qrupunun ikinci oyununda Azərbaycan yığmasına Podqoritsadakı məğlubiyyətini (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, federasiyanın mətbuat xidmətinə danışan Mariç komandasının daha çox qol şansı yaratdığını bildirib: 

"Əvvəlcədən də çətin oyun olacağını gözləyirdik. Azərbaycanın nəticə üçün oynayan komanda olduğunu demişdim. Bunu da gördük. Matç boyu biz daha yaxşı olan tərəf idik, təşəbbüs bizim tərəfdəydi, rəqib yaratdığı yeganə şansdan qolunu vurdu. Yarım epizoddan qol buraxdıq.Qızlar bacardıqları qədər oynadılar, bir neçə epizodda qol vura bilərdilər, amma təəssüf ki, bacarmadılar. Davam etməliyik, qarşıda hələ dörd oyunumuz var və düşünürəm ki, çoxlu xal qazanacağıq".

Xəbər xətti