Premyer Liqa klubları ingilis futbolçunu istəyir

15:51 - 27 Sentyabr 2023

Premyer Liqanın iki klubu "Mançester Yunayted"in futbolçusu Ceydon Sançonu transfer etməyə hazırdır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçisini qışda komandadan göndərmək istəyir.

Erik ten Haqla münasibəti yaxşı olmayan Sanço “Aston Villa" və "Kristal Pelas"dan təklif alıb.

23 yaşlı futbolçu 2021-ci ildə “Borussiya”dan (Dortmund) “Mançester Yunayted”ə keçib.

2018-2021-ci illərdə İngiltərə millisinin formasını geyinmiş Sançonun hansı kluba transfer olacağı dəqiq deyil.

Xəbər xətti