Rusiya millisi yoldaşlıq görüşü üçün daha bir rəqib tapıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv Keniya ilə üz-üzə gələcək.
Hər iki ölkənin futbol federasiyaları arasında ilkin razılıq əldə edilib. Matçın oktyabrın 16-da Türkiyədə keçiriləcəyi gözlənilir. Keniya Futbol Federasiyasının baş katibi Barri Otieno məsələ haqda bunları deyib:
"Matçın Titanic Marden Palace otelinin stadionunda keçiriləcəyi gözlənilir. Hələ ki, dəqiq bir şey yoxdur. Lakin bizə təklif edilən variant budur. Oyunun keçiriləcəyi ilə bağlı razılığımız olub, amma stadion məsələsi ilə bağlı yenilik yoxdur".
saytlarin hazirlanmasi