“Napoli” uğursuz nəticələrə görə Rudi Qarsiyanı baş məşqçi postundan uzaqlaşdırmağı planlaşdırır.
Sportal.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, İtaliya çempionunun rəhbərliyi artıq yeni baş məşqçi axtarışına başlayıb.
Belə ki, “Napoli”yə “Marsel”in keçmiş çalışdırcıısı İqor Tudora baş məşqçi təyin edilə bilər.
Hazırda danışıqlar davam edir. 45 yaşlı məşqçi “Hayduk”, PAOK, “Karabükspor”, “Qalatasaray”, “Udineze”, “Verona” klublarında çalışıb.
saytlarin hazirlanmasi