Mehmet Topal Türkiyə millisinə qayıdır

20:36 - 27 Sentyabr 2023

Türkiyə milli komandasının baş məşqçisi Vinçenso Montellanın köməkçilərindən biri məlum olub.

Sportal.az xəbər verir ki, yığmanın sabiq üzvü Mehmet Topal italyan mütəxəssisin məşqçilər korpusunda yer alacaq. Bu barədə "Haber Global" məlumat yayıb.

Təyinatın qısa zaman ərzində rəsmiləşəcəyi qeyd olunur.

Qeyd edək ki, Mehmet Topal futbolçu karyerası ərzində "Dardanelspor", "Qalatasaray", "Valensiya", "Fənərbaxça", "Başakşehir" və "Beşiktaş"da çıxış edib. Veteran yarımmüdafiəçi Türkiyə millisinin heyətində keçirdiyi 81 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti