Argentina millisinin forvardı Lautaro Martinez "İnter"də qalacaq.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "nerazzura" argentinalı ilə müqavilə müddətini artırmaq üçün razılığa gəlib.
Martinez yeni müqavilə imzalayarsa, 2028-ci il iyunun 31-nə qədər "İnter"ə məxsus olacaq. Belədə, o, komandada ən çox maaş alan futbolçusu statusuna yiyələnəcək.
26 yaşlı hücumçunun "İnter"lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
saytlarin hazirlanmasi